"Pula ehtiyacım olub, etmişəm" - Silsilə oğurluqlar edən şəxs - VİDEO - FOTO

17 Mart 2017 16:04

Binəqədi polisi həyət evlərindən silsilə oğurluqlar edən şəxsi saxlayıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat Xocahəsən qəsəbəsində yaşayan bir neçə sakinin müraciətinə əsasən keçirilib.

Həyət evlərindən elektrik kabelləri və məişət əşyalarının oğurlanması faktları ilə bağlı əvvəllər məhkum olunmuş paytaxt sakini 24 yaşlı Oqtay Yaqubov saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin 8 evdən oğurluq etdiyi təsdiqini tapıb.

Oqtay Yaqubov - Saxlanılan şəxs: "Tək olmuşam. Əvvəllər narkotikə görə tutulmuşam. Pula ehtiyacım olub, etmişəm. Yandırırdım aparıb 6-7 manata metal qəbuluna verirdim".

Faktla əlaqədar başlanan cinayət işinin istintaqı davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: