Acun "Survivor All Star"ın anonsunu verdi - ilk yarışmaçı bəllidir

17 Mart 2017 22:53

TV8-in sahibi Acun İlıcalı "Survivor All Star"ın ikinci dəfə olacağı anonsunu verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İlıcalı "Məndən bunu tələb edirlər, nə zaman edəcəyimiz bəlli deyil" demişdi.

Bunun ardından "Survivor Panaroma"ya qonaq olan keçmiş futbolçu Ümit Karan yarışmaya qatılacağı ilə bağlı ipucu verib. Aparıcı Hakan Hatipoğlu "İdman edirsən, sanki "All Star"a hazırlaşırsanm deyincə Ümit "Hə, hazırlaşıram" deyib.

Milli.Az