Bakıda dövlət maşını qayda pozdu, sürücü piyada yolunu bağladı - VİDEO

17 Mart 2017 14:47

Bakıda sürücü piyada keçidində saxlayaraq qayda pozub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə videoblogger Saleh Nəsirov video palyaşıb. 

Videodan da göründüyü kimi "10 AH 502" dövlət nömrə nişanlı avtomobil piyadaların hərəkətinə mane olacaq şəkildə saxlanıb. Ona iradlar bildirilsə də, buna məhəl qoymayıb və piyada keçidindən avtomobilini kənara sürməyib. 
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda dövlət maşını qayda pozdu, sürücü piyada yolunu bağladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində