"İcra strukturlarında büroktatik əngəllər, süründürməçilik davam edir" - Hadı Rəcəbli

17 Mart 2017 13:49

Milli Məclisdə hökumətin hesabatından sonra millət vəkillərinin çıxışları başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hadı Rəcəbli çıxışında qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün bir çox fərmanlar, sərəncamlar verilib:

"Ancaq çox təəssüf ki, bunlara baxmayaraq icra strukturlarında büroktatik əngəllər, süründürməçilik davam edir. İnanın ki, bunlar gözdən yayınmır. Ona görə də kiçik sahibkarlıq inkişaf etmir. Xalqımız bu sahədə böyük dəyişiklik gözləyir.

Bundan əlavə, məndə olan məlumata görə, Novruz Bayramında təkcə İrandan Azərbaycana 500-yə yaxın avtobusla turist gələcək. İran tərəfdə isə bir növbəli 8 saatlıq iş vaxtı müəyyənləşib. Belə olan halda, görün ki, orada nə cür pis vəziyyət yaranacaq. İnsanlar günlərlə gömrükdə qalacaqlar. Bu da turistlərdə hələ ölkəyə daxil olmamış pis təəssürat yaradacaq. Hesab edirəm ki, məsələnin həlli üçün qonşu dövlətin müvafiq qurumları ilə Azərbaycan hökuməti operativ tədbirlər görməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində