Solan çiçəkləri canlandıran qarışım

17 Mart 2017 22:41

Dibçəkdə çiçək saxlamağı sevirsiniz. Ona görə də çiçəklərin solduğunu görmək sizə pis təsir edə bilər. Lakin solan çiçəklərdən ümidinizi kəsmək əvəzinə yalnız 3 vəsaitlə hazırlanan bu qarışımla onu yenidən həyata qaytara bilərsiniz. Milli.Az lent.az-a istinadən həmin qarışımın hazırlanma üsulu ilə sizi tanış edir.

Bir ədəd banan qabığını blenderə atın. Üzərinə qəhvə tökün. Bir neçə ədəd də yumurta qabığı əlavə edin. Bir miqdar su da qatdıqdan sonra bunların hamısını blenderdən keçirin. Bu qarışımdan bir neçə qaşıq solan çiçəklərin dibinə tökün. Qısa müddətdə sevimli gülləriniz canlanacaq.

Milli.Az