Kenquru səhər yeməyi üçün kafeyə girdi

17 Mart 2017 21:18

Avstraliyanın Melburne şəhərində yerləşən bir kafeyə səhər saatlarında kenquru daxil olub. Hələ müştərilərin ayaq açmadığı bir saatda kafeyə girən heyvan ədəb-ərkanla masalardan birində iturub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, səhər yeməyi masası ətrafında oturan kafe işçiləri isə dərhal heyvanları müdafiə təşkilatına zəng ediblər. "Helping Hands Animal Rescue" təşkilatı isə hadisə yerinə gələrək, heyvanın restorandan çıxmasına yardım ediblər. Kenqurunun tutulması, maşına aparılması isə heç də asan başa gəlməyib. Baş verənlərin videoyazısı kafenin facebook səhifəsində yer alıb və onu 16 min nəfərdən çox adam izləyib. Kafe rəhbərliyi videonu bu adla paylaşıb: "Kenquru bizimlə səhər yeməyi yemək istədi"...

Amma kenquru yaxalanan zaman yüngül xəsarət alıb. "Helping Hands Animal Rescue" könüllüləri onun kafedən çıxmasına və maşına minməsinə kömək ediblər, daha sonra isə azadlığa buraxıblar.

Milli.Az