Sürücü onu hədələyərək pulunu alan sərnişini 1 ay sonra özü tutdu - BAKIDA

17 Mart 2017 13:41

Bakıda qeyri-adi olay baş verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb. 

Martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.

Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində