"Almaniya ilə oyundan yaxşı heç nə ola bilməz"

17 Mart 2017 13:48

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, II Bundesliqada çıxış edən "Aue" klubunun 27 yaşlı hücumçusu bildirib ki, Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya millisinə qarşı keçirəcəyi görüş onun üçün xüsusi önəm daşıyır: "Biz doğma azarkeşlər qarşısında İtaliya və Xorvatiya kimi komandalara qarşı da oynamışıq. Amma bu oyundan yaxşı heç nə ola bilməz. Almaniya millisi dünya çempionatının son qalibidir və baş məşqçi Yoahim Lövün sərəncamında ən yaxşı "11-lik"lərdən biri var. Ümid edirəm ki, baş məşqçimiz Robert Prosineçki qarşıdakı oyunda mənə şans verəcək".

Nazarov Azərbaycan yığmasının heyətində keçirdiyi 22 oyunda 5 qola imza atıb.

Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində