Bakıda gənc qız özünü öldürmək üçün xlor içdi

17 Mart 2017 12:48

Bakıda 27 yaşlı qız ağardıcı məhlul içərək intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Zirə qəsəbəsində nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü F.Məmmədova xlor qarışığı içərək özünü öldürməyə cəhd göstərib.

O, Toksikologiya Mərkəzinə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində