Unikal kadrlar: 58 illik sirr açıldı - VİDEO - FOTO

17 Mart 2017 11:30

ABŞ-dakı Lourens Livermorr adına Milli Laboratoriya (Lawrence Livermore National Laboratory) 210 nüvə bombası partlayışının indiyədək sirr kimi qorunan görüntülərini yayıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ Energetika Nazirliyinin sifarişi ilə nüvə və termonüvə silahı hazırlamaqla məşğul olmuş bu laboratoriya 1945-1962-ci illərdə atmosferdə 210 nüvə partlayışını gerçəkləşdirib. Hər partlayış maksimal dərəcdə detallı, təfərrüatlı şəkildə qeydə alınıb.

Laboratoriyanın arxivlərində "tam məxfi" qrifi ilə nüvə partlayışları barədə 10 mindən artıq görüntü vardı. Lakin plyonkaların əksəriyyəti xarab olub.

Alimlər 6500 plyonkanın harada və necə çəkildiyini müəyyənləşdiriblər. Hazırda həmin plyonkalar bərpa edilir, rəqəmsallaşdırılır. Təxminən 4200 plyonka artıq skanlaşdırılıb. 750 çəkilişdənsə "tam məxfi" qrifi götürülüb.

Bu videoda Sakit Okeandakı sınaq poliqonunda "Hardtack I" sınaqlar seriyası çərçivəsində gerçəkləşdirilmiş partlayış əks olunub. 1958-ci ilin aprel-avqust aylarında həmin seriyada 35 nüvə partlayışı gerçəkləşdirilmişdi.

"Nutmeg" adlı partlayışsa 1958-ci ilin mayın 22-də, Havay arxipelaqı və Filippin arasındakı Marşall arxipelaqında, Enemen adasında olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Unikal kadrlar: 58 illik sirr açıldı