Çay evində YANĞIN

17 Mart 2017 09:14

Ağcabədidə yanğın qeydə alınıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan taxta çay evinin dam örtüyü 20 m2 sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində