"Neymar Messi və Ronaldu səviyyəsinə çatıb və "Qızıl top"u ala bilər"

17 Mart 2017 08:39

"Barselona"nın keçmiş yarımmüdafiəçisi əmindir ki, Neymar "Qızıl top"u ala bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ronaldinyo deyib: "Biz onunla yaxşı dostuq. Neymar artıq Messi və Ronaldonun səviyyəsinə çatıb. Ümid edirəm ki, o, "Qızıl top"u ala biləcək. Bu, ona öz uğurlarını artırmaqda kömək edəcək".

Ronaldinyo qeyd edib ki, Neymar artıq ən yaxşıların arasındadır.

"İndi Neymarın öz məqsədlərinə çatması və bu mükafatı alması sadəcə vaxt məsələsidir", - Ronaldino deyib.

Milli.Az