Rəqqasə Fatimə iflas etdi: "Deyib-deyib qurutdular"

16 Mart 2017 23:41

Rəqqasə Fatimə Fətəliyeva bir neçə ay öncə açdığı gəlinlik mağazasını bağlamalı olub.

Milli.Az big.az-a istinadən bildirir ki, rəqqasə mağazanı başqa bir yerə köçürür:

"Deyib-deyib biznesimi də qurutdular. İndi saytlar yazacaqlar ki, Fatimə bankrot oldu. İnşallah gəlinlik mağazamı genişləndirmək üçün açdığım dükanın yerini dəyişirəm. Dükan çox uzaqda yox, elə həmin dükanın 1-ci mərtəbəsində olacaq. Yeni dükanda yeni dizaynda gəlinliklər olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində