Ukraynada zavodda partlayış: 4 ölü - YENİLƏNİB - FOTO

16 Mart 2017 23:19

23:24

Milli.Az 061-a istinadən bildirir ki, "Zaporojkoks" zavodunda partlayışın səbəbi benzol rezervuarının partlamasıdır.

Həlak olan 4 nəfər "Promİnteqra" şirkətinin işçiləridir.

23:19

Ukraynanın Zaporojye şəhərindəki "Zaporojkoks" zavodunda partlayış baş verib.

Milli.Az RBK-ya istinadən bildirir ki, partlayışda 3 nəfər həlak olub, bir nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. O, yolda keçinib.

Polisdən verilən məlumata görə, həlak olanlar zavodun əməkdaşları yox, qaynaq işləri görən podratçı şirkətin işçiləridir.

Partlayışın səbəbləri hələlik bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində