Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ - VİDEO

16 Mart 2017 22:03

"On beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy deyib.
"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır", - deyə geoloq bildirib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ