Kəskin larinqotraxeit nədir?

18 Mart 2017 22:45

Larinqotraxeit udlaq və traxeyanın iltihabi xəstəliyidir.Xəstəlik kəskin respirator virus xəstəlikləri əlamətləri ilə özünü göstərir.Larinqotraxeit böyüklərdə nəfəsalmada pozulmalarla və əzabverici öskürmələrlə müşayət edilir.Xəstəlik uşaqlarda daha ağır formada keçir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyə həm böyüklər,həm də kiçiklər yaxalana bilirlər.Larinqotraxeit kəskin respirator xəstəliklrin ağırlaşmasıdır.İmmun sistemi zəif olan adamlarda daha ağır dormada özünü biruzə verir.Xəstəliyin əmələ gəlmə səbəbləri aşağıdakılardır:
- respirator virus xəstəliklərinin ağırlaşması
- bakterial ağırlaşmalar
- mikoplazmanın ağırlaşması
- herpesin ağırlaşması
- allergik ağırlaşmalar
- kimyəvi təsirlər
Xəstəıiyi başqa mexaniki faktorlar da törədə bilir:
- tozlu mühitdə nəfəsalma
- qəfil,bərkdən çığırmaq
- bərk səslə mahnı oxumaq
- siqaret çəkmə
- ayaqların donması
Traxeyanın iltihabı zamanı traxeya borusunda şişkinlik meydana çıxır ki,bu da reseptorların qıcıqlanmasına və havanın hərəkətinin pozulmasına səbəb olur.Bu zaman səs tellərində də iltihabi proses baş verir və səs kallaşır,hətta bəzən danışarkən səs eşidilmir.
Larinqotraxeit kəskin və xroniki olur.Xəstəlik özünü aşağıdakı əlamətlərlə göstərir:
- tempraturun birdən qalxması
- boğazda tıxanıqlıq
- sinədə yanma hissi
- sərt.quru,ağrılı öskürək
- səs tellərində spazm
- öskürmə zamanı boğaz və qırtlaqda ağrı
- dərindən nəfəs aldıqda və ya güldükdə əmələ gələn öskürək tutmaları
- səsdə xırıltıların olması
- udma aktı zamanı ağrı,boğazda quruluq,diskomfort
Xəstəliyə diaqnozun qoyulmasında xəstənin şikayətləri,xırıltılı səs,quru öskürək,ağ ciyərlərə və traxeyalara qulaq asmaq yardımçı olur.Qanın.sidiyin ümumi analizləri,bəlgəmin analizi müalicənin təyin edilməsində böyük rol oynayır.
Larinqotraxeitin müalicəsi zamanı antibiotiklərdən,makrolidlərdən,inhalyasiyadan istifadə edilir,xəstəyə öskürək kəsici preparatlar təyin edilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində