"Özümə lazım olan əşyanı başqası istəyəndə verməmək olar?"

18 Mart 2017 22:15

İnsanın özünün ehtiyacı olduğu halda istifadə etdiyi hər hansı bir əşyanı başqası istədikdə, ona verməməsi günah deyil.

Milli.Az zikr.az-a istinadən bildirir ki, bu məsələdə siz haqq sahibisiniz və sizdə olanı sizdən istəyən adama vermək ixtiyarınız var. Amma özünüzün ehtiyacınız ola-ola sədəqə verməyiniz ən xeyirli əməllərdən sayılır. Ammar ibn Yasir (Allah ondan razı olsun) rəvayət edir: "Kimdə bu üç şey olarsa, artıq imanını kamilləşdirmişdir; insaflı olmaq, ehtiyac içində ola-ola sədəqə vermək və hər kəsə salam vermək". (İbn Həcər "Fəthul-Bəri" 1/ 82).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində