"Oğlum geyimlərimə qarışır" - Gülyaz Məmmədova

16 Mart 2017 19:27

"İnsan daim xoşbəxt olmur ki... Bir üzümüz gülür, o biri ağlayır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Gülyaz Məmmədova "10-dan sonra" verilişində deyib. 

Müğənni oğlunun onun geyimlərinə qarışdığını söyləyib:

"Sənət adamlarının vaxtı yoxdur: gec gedir, evə də gec gəlirsən. Həyatında baş verən hər şeyə görə günahkar sənət yox, insanın özüdür. Hamının həyatında qəmli və sevincli anlar yaşanır. Sevinənin başına gələr. Oğlum məni daim nəzarətdə saxlayır. Evdən çıxıram, deyir dayan, mənə baxır, sonra yola salır. Birdən deyir ki, çox qısa geyinmisən".

Milli.Az