44 yaşlı aktrisa ikinci dəfə ərə gedir

17 Mart 2017 08:47

Aktrisa Qvinet Peltrou rejissor Bred Felçokla ailə qurmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 44 yaşlı aktrisa onunla birgə fotosunu paylaşıb. Yaxınları bildirib ki, cütlük bütün gün toy haqqında danışırlar və bu, yaxın zamanda baş verəcək.

Qeyd edək ki, Q.Peltrounun keçmiş əri Kris Martindən 2 uşağı var. Kris də keçmiş xanımının Bredlə münasibətindən xəbərdardır və onlarn xoşbəxt olacağına inandığını deyib.

Milli.Az