Məscidul-Əqsa haradır?

19 Mart 2017 22:40

Məscidul-Əqsa Qüds (Yerusalim) şəhərində yerləşən məsciddir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) - Məscidul-Həram (Məkkədə yerləşən Kəbə), Peyğəmbərin məscidi (Mədinədə yerləşir) və Məscidul-Əqsadır (Qüdsdə yerləşir)". (əl-Buxari, 1189).
Milli.Az zikr.az-a istinadən bildirir ki, rəvayətə görə Kəbədən sonra inşa olunan ən qədim məsciddir. İslamın ilk illərində müsəlmanların qibləsi Məscidül-Əqsa olmuşdur. Daha sonra isə Uca Allah Bəqərə surəsində üzü Kəbəyə tərəf namaz qılmağı əmr etmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) merac hadisəsində səmaya yüksəlməzdən əvvəl gecə Kəbədən Məscidül-Əqsaya aparılaraq orada namaz qılmışdır. Bu barədə Uca Allah buyurur: "Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir". (əl-İsra, 1).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində