Üstü pulsuz balıqların ətini yemək olar?

19 Mart 2017 21:40

Şəriətə görə yalnız suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz...". (ən-Nəhl, 14).
"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!­" (əl-Məidə, 96).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində