Tövbə namazı necə qılınır?

19 Mart 2017 23:55

Tövbə etmək üçün namaz qılmaq vacib deyil, amma istəyən qıla bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın". (İbn Hibban, 623).

Milli.Az zikr.az-a istinadən bildirir ki, tövbə namazı üçün xüsusi bir dua və namazda oxunacaq seçilmiş bir surə yoxdur. Qeyd etmək lazımdır ki, namaza niyyət dil ilə deyil, qəlb ilə edilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində