AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir

16 Mart 2017 16:30

"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq (vergi və rüsumlar da daxil olmaqla aviabiletin tam qiyməti göstərilmişdir):

Bakı - Nyu-York - Bakı - 599 EUR

Bakı - Milan - Bakı - 299 EUR

Bakı - Paris - Bakı - 299 EUR

Bakı - Praqa - Bakı - 299 EUR

Bakı - Berlin - Bakı - 299 EUR

Bakı - Dubay - Bakı - 199 EUR

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 16 - 31 mart 2017-ci il

Uçuş dövrü: 1 aprel - 6 may 2017-ci il

Endirimli aviabiletlərinin sayı məhduddur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Milli.Az