Azan səsi gələndə qorxmaq normaldır?

19 Mart 2017 20:50

Azan səsi eşidərkən qorxu hissinin gəlməsi şeytandandır. Sizdə bu hal varsa, qorxu hissinə fikir verməyərək daha çox azan səsinə və Quran oxunuşuna qulaq asın ki, Uca Allahın izni ilə bu hal keçib getsin.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Pey­ğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bit­dikdə isə ge­ri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: "Filan şeyi və filan şeyi yadına sal" - deyərək (namazı qurtarana qədər) onun yadına düş­mə­diyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sa­la) bilmir". (əl-Buxari, 608).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində