Bakıda 53 yaşlı kişini qohumları döydü

16 Mart 2017 15:58

Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsində yaşadığı evdə 1964-cü il təvəllüdlü Azər Zamin oğlu Həsənov adları hələlik açıqlanmayan iki qohumu tərəfindən döyülüb. A.Həsənov baş və bədən nahiyələrindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində