“Fatimə” və “Zəhra” sözlərinin mənası nədir?

19 Mart 2017 21:15

Ərəb dilində "f-t-m" feli "ayırmaq, kəsmək" mənasını verir. Ərəblər uşağı süddən kəsən qadını bu cür çağırırlar. Lakin Peyğəmbərin qızına bu adın verilməsinin səbəbi budur ki, Allah Fatiməni (ə) sevənləri və onun övladlarını cəhənnəmə salmamağa vəd vermiş, sanki onları cəhənnəm əzabından ayırmışdır. Bu barədə həm şiə, həm də sünni mənbələrində hədislər vardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Zəhra" sözünün mənası isə "parlaq" deməkdir. ərəb dilində qırmızıya çalan ağ (qızılı) işığa "zəhra" deyirlər. Məsumların hədislərində buyurulur ki, ulduzlar yer əhlinə işıq saçdığı kimi, Həzrət Fatimeyi-Zəhranın (ə) vücudu da səma əhlinə (mələklərə) nur saçırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində