ABŞ prezidenti Donald Tramp reper Snoop Doggun klipindən hiddətlənib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp etirazını Twitter hesabı vasitəsilə bildirib. Dövlət başçısı hesab edir ki, eks-prezident Barak Obamanın dövründə bu davranışa görə onu həbs gözləyə bilərdi:
"Siz təsəvvür edə bilirsiniz ki, karyerası yoxuşaşağı gedən Snoop Dogg Obamaya tapança doğrultsa və atəş açsaydı, necə səs-küy yaranardı? Onu həbsxana gözləyərdi".
Qeyd edək ki, reperin bu yaxınlarda yayımlanan klipində hadisələr klounlar aləmində cərəyan edir. Klipdə Trampa bənzəyən klounlardan birinin oyuncaq tapança ilə vurulması əks etdirilir.
Milli.Az