Qumara görə məhv olan ailənin YAŞADIĞI EV - VİDEO - FOTO

14 Mart 2017 12:29

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Xətai rayonu Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib. Emin borcu olduğu üçün evi satmağı istəyib, amma atası bununla razılaşmayıb.

Nəticədə mübahisə yaranıb. Qəzəbinə hakim kəsilə bilməyən Emin əvvəlcə çəkiclə atasının başına bir neçə dəfə zərbə endirib, sonra isə 4 bıçaq zərbəsi ilə onun həyatına son qoyub.

E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y.Sadıqova xəstəxanaya yerləşdirilib. Qatil evdən qaçıb.

Xətai RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Emin Sadıqov saxlanılıb. İlkin məlumata görə, E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. O, oğurluq üçün həbs olunubmuş.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qumara görə məhv olan ailənin yaşadığı evdən görüntülər