ABŞ-da 5 mindən çox aviareys təxirə salındı

14 Mart 2017 11:11

ABŞ-da 5 mindən çox aviareys təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb ölkənin şərq sahillərində müşahidə olunan çovğundur.

"FlightAware" aviasiya portalı bu gün 5348 daxili və xarici reysin ləğv edildiyini yazır.

Nyu York hakimiyyəti sakinləri şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində