İranda əhalinin sayı artıb - 80 milyona nə qaldı?

13 Mart 2017 22:14

İranda əhalinin sayı açıqlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, son 5 ilin ən son statistik göstəricisinə əsasən, İranda əhalinin sayı artaraq 79 milyon 926 min 270 nəfərə çatıb.

İran Statistika Mərəzinin rəhbəri Ümid Əli Parsa bildirib ki, istər şəhər, istərsə də kəndlərdə əhalinin artım tendensiyası 0-a yaxın olub: "Bununla belə 5 il öncə qeydə alınmış göstərici ilə müqayisədə əhalinin sayı 4 milyon 776 min nəfər artaraq 80 milyona yaxınlaşıb".

Onun sözlərinə görə, İranda ailələrin sayı isə 24 milyona çatıb.

Milli.Az