Belçikada təhlükəsizlik tədbirləri gücləndirilir - Türklərə görə

13 Mart 2017 14:10

Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyət orqanlarını ölkənin türk sakinlərinin kütləvi mitinqlər keçirəcəyi təqdirdə lazımi təhlükəsizlik tədbirlərini təşkil etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belçikalı nazir bu addımın Niderlandda baş verən hadisələrin təkrarlanmaması üçün atılmalı olduğunu deyib.

Qeyd edək ki, türkiyəli nazirlərin Niderlanda buraxılmaması ilə əlaqədar Rotterdam şəhərində polislə toqquşmalar qeydə alınmış, 12 nəfər saxlanılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində