Gürcüstanda güclü zəlzələ oldu

13 Mart 2017 11:54

Gürcüstanın Cənubi Osetiya bölgəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində itki və ya dağıntıların olmadığı bildirilir. Zəlzələ az hiss olunub.

Qeyd edək ki, Cənubi Osetiya seysmik fəal bölgədə yerləşir. Burada 1991 və 2009-cu illərdə dağıdıcı zəlzələlər baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində