54 min Nissan geri çağırıldı

11 Mart 2017 23:56

Yaponiyanın məşhur avtomobil istehsalçısı olan "Nissan" 54-mindən artıq avtomobilini geri çağırmaq barədə qərar verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,buna səbəb avtomobillərdə quraşdırılmış hava yastıqlarının problemli olmasıdır.

Belə ki, hava yastıq1larının ötürücülərində olan yanlışlıq üzündən onlar sadəcə qapı çırpılarkən belə açıla bilərlər.

Mənbənin bildirdiyinə görə, problem əsas etibarilə 2012-ci ildə istehsal edilmiş "Versa" modelində rast gəlinir. Onları satış mərkəzinə qaytararaq yenisi ilə dəyişmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində