Almaniyada vağzalda hücum - Yaralılar var

10 Mart 2017 17:55

Almaniyanın Düsseldorf şəhər vağzalında hücum baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxsin hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanların İtaliya vətəndaşları olduqları barədə məlumat verilib.

Qeyd edək ki, bu, həmin vağzalda baş vermiş artıq ikinci hadisədir.

Bundan öncə naməlum şəxsin balta ilə hücumu nəticəsində 7 nəfər xəsarət almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində