Daha bir körpü çökdü: ölən və yaralılar var - İtaliyada - FOTO

10 Mart 2017 13:52

İtaliyada dəhşətli hadisə baş verib.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, ölkənin şərqindəki Ankona şəhəri yaxınlığında, genişlənmə işlərinin aparıldığı A14 şosesi üzərindəki beton körpü çöküb. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 şəxs isə yaralıdır.

Qəzada həyatını itirən 2 nəfərin çökmə anında avtomobilləri ilə körpünün altından keçən və dağıntı altında qalan cütlük olduğu açıqlanıb. Həyati təhlükəsi olmayan yaralıların isə yol genişlənmə işində çalışan 2 işçi olduğu ifadə edilir.

Qeyd edək ki, keçən ilin oktyabr ayında da İtaliyada bənzər hadisə baş vermişdi.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində