"Ərim məni dəstəkləyir, başqa variantı yoxdur" - Azərbaycanlı müğənni - VİDEO - FOTO

10 Mart 2017 14:27

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Məryəm Şabanova maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, ilk olaraq ailəsindən söz açıb:

"Ailəm musiqiçi ailəsidir. Uşaqlıqdan mahnı oxuyuram. 7 yaşımda ilk dəfə oxumuşam. Sonra musiqi məktəbinə getdim. Bir dostum dedi ki, çox gözəl oxuyursan, davam elə. Pop musiqisini məsləhət gördü. "İpək yolu", "Bakı payızı" kimi yarışmalarda iştirak edib yüksək yerlər tutdum".

Daha sonra həyat yoldaşından danışan müğənni onunla olan münasibətinə də aydınlıq gətirib:

"Yoldaşım mənə dəstək olur. Başqa variantı da yoxdur. Ona dedim ki, ya mənə dəstək olursan, ya da bizimki alınmır, "vsyo"".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: