Bakıda bu küçədə işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır

9 Mart 2017 21:08

Küçədə işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır. Söhbət paytaxtın Məhəmməd Xiyabanı küçəsindəki bir həftədir işləməyən işıqforlardan gedir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu yolda günün istənilən vaxtı real qəza vəziyyəti qaçılmazdır.
Sürücülərin sözlərinə görə, işıqfora görə bir neçə dəfə qəza da olub. Hətta onlar bu yolda işləməyən işıqforun qırmızı işığında keçdiklərinə görə cərimələniblər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, belə bir vəziyyətdə ya işıqforların hamısı söndürülməlidir, ya da mütləq həmin yola hərəkəti nizamlamaq üçün yol polisi ayrılmalıdır.
Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov bildirdi ki, əraziyə baxış keçiriləcək və ən qısa zamanda mövcud problemin aradan qaldırılması üçün tədbirlər görüləcək. O ki qaldı işıqforun işləmdiyi vaxt həmin ərazidə qaydanı pozan sürücülərə, onlar barəsində heç bir cərimə tətbiq olunmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində