İran zibildən "qazanacaq"

6 Mart 2017 23:18

İran və Çexiya arasında saziş imzalanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, imzalanan bu sazişlə İran zibildən "qazanacaq".

Belə ki, imzalanan sazişə əsasən Çexiyanın investisiyasi ilə İranın şimalında - Gilanda tullantılardan enerji istehsal edən xüsusi stansiya tikiləcək.

Bu stansiyada gündə 350 ton tullantını yandırılacaq və 20 meqavat enerji əldə ediləcək.

Milli.Az