İranda qadağaya baxmayaraq Əhmədinecad istədiyini etdi

5 Mart 2017 23:36

İranda sosial şəbəkələrin blok edilməsinin fəal iştirakısı olmasına baxmayaraq, dövlətin eks-prezidenti Mahmud Əhmədinecad Twitter sosial şəbəkəsində öz akkauntunu açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə The Guardian məlumayt verir.

Siyasətçi öz ilk tvitini ingilis dilində yazıb, daha sonra isə bu akkauntun həqiqiliyini təsdiqləyən video yerləşdirib.

pic.twitter.com/nADIvJJkQK

- Mahmoud Ahmadinejad (@Ahmadinejad1956) 5 марта 2017 г.

O, qeyddə insanları onun akkauntunu -@Ahmadinejad1956 oxumağa səsləyib.

Öz akkauntunun təsvirində o qeyd edib ki, "o, ər, ata, baba, universitetdə professor, prezident, mer, İranın məğrur vətəndaşıdır".

Sosial şəbəkə istifadəçiləri cəld Əhmədinecada xatırladıblar ki, məhz onun yenidən prezident seçilməsinə etirazlara görə 2009-cu ildə İran ərazisində Twitter blok edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində