Həsən Ruhani: "Azərbaycanla münasibətlərdə gələcəyə ümidlə baxmalıyıq"

5 Mart 2017 13:17

Martın 5-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İran Prezidenti Həsən RUHANİ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox "Xoş gəlmisiniz" deyirəm. Sizi görməyə çox şadam.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq.

Milli.Az