Mini alman tortu - RESEPT

2 Mart 2017 07:00

Milli.Az mini Alman tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 
2 ədəd yumurta
1st.şəkər tozu
1st.süd
1st.bitki yağı
1st.su
10 qram maya
1 x.q.mahlep
5 st.un
1ədəd vanil

krem:
4st.süd
5 x.q.un
1st.şəkər tozu
1 ədəd vanil
1 ədəd krem-şanti 
2 ədəd banan

Üzərinə:

Pudra şəkəri

Mini Alman tortunun hazırlanması:

Xəmiri hazırlamaq üçün quru ərzaqları bir qaba töküb qarışdırın.Unu təpələyib ortasında çala açın, süd, isti su və bitki yağın əlavə edin. Yumurtaları qırdıqdan sonra xəmiri yoğurmağa başlayın.Yaxşıca yoğurduqdan sonra üzərini örtüb, yarım saat mayalanmasını gözləyin.

Mayalandıqdan sonra istədiyiniz böyüklükdə dairələr düzəldin və yağlı kağız sərdiyiniz sinilərə düzün.
15 dəqiqə gözləyəndən sonra 180 dərəcədə öncədən isitdiyiniz sobada bişirin. Hazır olandan sonra qoyun soyusun.

Krem hazırlamaq üçün vanil və krem ​​şanti xaric, bütün ərzaqları qazana tökün. Davamlı qarışdıraraq
bişirin. Ocaqdan götürdükdən sonra ara-ara qarışdırmağa davam edin. Soyuduqdan sonra vanil və
krem şantini əlavə edib mikserlə çalın.

Bişən xəmirləri iki yerə bölüb aralarına krem çəkib,dilimlənmiş bananları üzərinə düzün.Ən sonda isə üzərinə pudra şəkəri səpin.

Nuş olsun!

Milli.Az