Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

27 Fevral 2017 15:26

Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib. Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. "Küləklər şəhəri" deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində