Günün qoroskopu: yenə də əlavə işə başlasanız...

8 Mart 2017 00:01

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - maddi və maliyyə sahələrində yeniliklər, hədiyyə ola bilər. Axşam uğurlu dönəmdir. Səhşətinizi düşünün. Mənfi enerjili insanlardan uzaq durun.

Buğa - hansısa işi yenidən görməyə ehtiyac yaranarsa, münasibəti dəyişin, fəaliyyətinizdə düzəliş edin və situasiyadan mənfəətiniz üçün faydalanın. Böyük zəhmət və səy hesabına əldə etdiyiniz nəsnə ilə risk etməyin.

Əkizlər - heç nəyin qarşısını almağa çalışmayın. Ciddi dəyişikliklər sizdən yan keçərsə, imic dəyişməyin yolları barədə düşünün. Alternativlər arayın, rutin yollarla kifayətlənməyin.

Xərçəng - Haron və Ledanın münasibətləri bu gün dəyişməyinizə şərait yaradacaq. Artıq heç bir mənası qalmayan münasibətlərlə nəsnələrdən qurtulmaq üçün əlverişli gündür. Həyatın dəyərini bilin. Hər şeyi yenidən qazanmaq olar - zamandan savayı.

Şir - ailənin təşəbbüsünüzə, xoş rəftarınıza ehtiyacı var. Axşam saatlarında dostları qonaq çağırmaq, ya da onlarla bir araya gəlmək olar. Yaşılların istəklərini nəzərə alın.

Qız - tərəfdaş və ya yoldaşlarla ümumi məqsədləri, gələcəklə bağlı planları müzakirə etmək olar. Yeni ideyalara təkan verməyə tələsməyin. Gərəksiz olan hər şeydən qurtulun.

Tərəzi - bilikli, təcrübəli insanlarla təmaslar arayın, müvafiq xəbər mənbələrinə üz tutun. Vacib cavab ala bilərsiniz. Yaxınlarınızla məsləhətləşmək olar.

Əqrəb - ilin ən mühüm, yaşamınızı müəyyənləşdirə biləcək günlərindən biri yaşanacaq. Andromeda və Titanın münasibətləri bu gün sizə gərəkli informasiyanı aramağı məsləhət bilir.

Oxatan - gün yeni mövzuya təkan verə bilər. Çiy ideyalara qapılmayın. Yeni işə başlamazdan əvvəl situasiyanı, durumun mənfi və müsbət yönlərini götür-qoy edin.

Oğlaq - Tələsməyin, aramla və təmkinlə davransanız, daha çox iş görə bilərsiniz. İşdə və fikirlərinizdə qayda yaradın. Səbrli, iradəli olun.

Dolça - ifrat çalışmaq qüvvə itkisinə, işgüzarlıq və məhsuldarlığın azalmasına səbəb ola bilər. Yenə də əlavə işə başlasanız, sabah durumunuz yaxşı olmayacaq.

Balıqlar - Miranda və Elaranın münasibətləri işlərdə aktivləşmə, ideya və niyyətlərdə statistik çoxluq yaradacaq. İndi ən mühüm işlə məşdudlaşmaq asan deyil. Bir işi qoyub, başqasına başlamayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində