Azı 8 PKK terrorçusu məhv edilib

25 Fevral 2017 22:26

Bitlisdə keçirilən əməliyyat nəticəsində azı 8 PKK terrorçusu məhv edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, regionda baş verən toqquşmalarda 1 əsgər və 1 meşəbəyi də yaralanıb.

Öldürülən 8 PKK terrorçusundan üçü qadındır. Terrorçu təşkilatın iki üzvü isə sağ olaraq ələ keçirilib.

Əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində