Təbriz klubu növbəti qələbəsini qazandı

25 Fevral 2017 17:12

İran çempionatında 22-ci turun oyunları keçirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  Təbrizin "Traktor" klubu səfərdə "Məşəd"lə qarşılaşıb. Matçın ilk dəqiqələrindən hesabda geri düşən təbrizlilər 2 qol vuraraq qələbə qazanmağı bacarıb - 2:1.

44 xalla 2-ci pillədə qərarlaşan "Al qurdlar"ı lider "Persepolis"dən 6 xal geri qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində