İstanbul plovu

28 Fevral 2017 07:00

Milli.Az İstanbul plovunun hazırlanma qaydasını təqdim edir 

Mətbəx sirləri: Kükü-qazmaq - FOTO

Tərkibi:

2 st. düyü

2.5 st. su

1 toyuq filesi

1 çimdik zəfəran

3 x.q. kərə yağı

50 q badam

1 st. göy noxud

1 ç.q. zəncəfil tozu

50 q fıstıq

duz 

Toyuq ətini suda bişirin. Suyunu süzün (atmayın). 

Zəfərənı 1/4 st. qaynar suda yarım saat dəmləyin. 

Düyünü yarım saat duzlu suda isladın, yuyub suyunu süzün.

Kərə yağını əridin, badamı 1-2 dəqiqə qovurduqdan sonra düyünü əlavə edin. 5 dəqiqə qovurun. Zəfəranlı suyu toyuq bulyonuna əlavə edin. 

Toyuq ətini didin, noxud, zəncəfil və duzla birlikdə düyüyə qatın. Üzərinə zəfəranlı toyuq bulyonunu töküb suyu çəkilənədək vam odda bişirin. Altını söndürüb fıstığı əlavə edin. Yarım saat dəmləyin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə