Daha bir sığorta şirkəti BAĞLANIR

24 Fevral 2017 12:10

"Başak-İnam Sığorta Şirkəti" ASC lisenziyasının ləğv edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, sığorta şirkətinin bağlanmasına artıq razılıq verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində