Mərc gəldi, kiçik oğlunu təhlükəyə atdı - VİDEO - FOTO

22 Fevral 2017 12:15

"20 dollardan mərc gəlmişdim ki, kiçik oğlum, 4 yaşlı Eşer böyük dananın belinə minə bilməz. Amma oğlum bunu bacardı".

Milli.Az CBNS-ə istinadən bildirir ki, ABŞ-ın Corciya ştatında, Valdosta şəhərinin yaxınlığındakı fermanın sahibi Skott Klark Facebook səhifəsində paylaşdığı videonu bu sözlərlə müşayiət etmişdi.

Videoda fermerin kiçik oğlu, 4 yaşlı Eşer otlaqdakı iki danadan birinə yaxınlaşır və dananın belinə çıxır. Hürkmüş dana dərhal yerindən atılır, uşaq da yıxılır.

Videoda Eşerin balaca bacısının təlaşlı səsi eşidilir: "Ana, bu çox təhlükəlidir! Qardaşım yaralana bilər".

Facebook istifadəçiləri bu videonu yayan atanı, yumşaq desək, ehtiyatsızlıqda və düşüncəsizlikdə suçlayandan sonra Skott Klark statusunu redaktə edib: "Eşer üçün o danalar təhlükəli deyildi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Mərc gəldi, kiçik oğlunu təhlükəyə atdı