Petla

22 Fevral 2017 07:00

Milli.Az türk mətbəxindən petlanın hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Pasta facoli

Tərkibi (6 pay): 

500 q qiymə

2 baş soğan

3 x.q. kərə yağı

2 böyük pomidor

1 ç.q. bitki yağı

2 x.q. dolmalıq fıstıq

2 x.q. quşüzümü

2 x.q. duz

2 x.q. istiot

blinçiklər üçün:

2 st. süd

1.5 st. un

2 yumurta

1 çimdik duz

1 qəhvə fincanı bitki yağı

üzərinə: 

1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Qiymə ilə xırda doğranmış soğanı kərə yağında qovurun. Qabığı soyulub sürtgəcdən keçirilmiş pomidorları əlavə edib bişirin. Suyunu çox çəkməsin. 

Ayrı tavada fıstığı bitki yağında azca rəngi dönüncə qovurun. Quşüzümünü əlavə edib qarışdırın, sonra qiymə olan tavaya boşaldın. Duz-istiot qatıb soyudun.

Süd, un, yumurta, bitki yağı və duzu mikserlə çalın. Yapışmayan tavanı qızdırıb 1 çömçə qarışıqdan tökərək tavanı əyib xəmirin hər tərəfinə yayılmasına çalışın. Hər iki üzünü bişirin. Xəmir bitənədək blinçiklər bişirin, üst-üstə yığın.  

Formanı yağlayıb içinə bir ədəd blinçiki döşəyin. Üzərinə içdən yayın. Bu prosesi ərzaqlar bitənədək növbələyərək təkrarlayın. 

Ən üst qata sürtgəcdən keçirilmiş pendir səpin. 

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin. 

Süfrəyə isti-isti verin. 

Nuş olsun! 

resept: "Sofra" dərgisi

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə