Tovuzda iki VAZ toqquşub, yaralı var

21 Fevral 2017 22:36

Tovuzda iki sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində gedən yolda qeydə alınıb. "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomoiblin sürücüsü, rayon sakinləri, 1975-ci il təvəllüdlü Arif Qasımov və 1990-cı il təvəllüdlü Musa Nağıyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində